
Azərbaycanda “yaşıl enerji”nin payı sutkada 29%-i keçib
Azərbaycanda son 24 saat ərzində istehsal olunan elektrik enerjisinin 29,1%-i bərpa olunan enerji mənbələrindən əldə olunub.
Ümumilikdə 62,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kVt/saatı bərpa olunan mənbələr hesabına təmin edilib. Həmin məbləğin 12,4 milyon kVt/saatı hidroelektrik stansiyalardan, 5,8 milyon kVt/saatı isə günəş və külək stansiyalarından əldə olunub.