
Azərbaycanda vəkil olmaq üçün müraciət edənlərin sayı açıqlanıb
Fins.az - Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün Kollegiyanın təntənəli andiçmə və təltifetmə mərasimində bildirib ki, son illərdə 7 000-ə yaxın hüquqşünas imtahan prosesinə qatılaraq vəkil olmaq üçün müraciət edib.
A.Bağırov vurğulayıb ki, Vəkillər Kollegiyası imtahanları tam şəffaf şəkildə keçirir və qeyd edib ki, heç bir xarici ölkədə Vəkillər Kollegiyasının hesabatları dərc edilmir.
O əlavə edib ki, məqsəd həmin statistikalardakı boşluqları aradan qaldırmaqdır və vəkillər dövlət hesabına çıxdıqları işlərdə öz vəzifələrini layiqincə yerinə yetirdiklərini sübut etməlidirlər.