Azərbaycanda informasiya və rabitə sahəsi üzrə ƏDV daxilolmaları 20,3 milyon manat artıb

Azərbaycanda informasiya və rabitə sahəsi üzrə ƏDV daxilolmaları 20,3 milyon manat artıb

DİGƏR
546

Ötən il Azərbaycanda informasiya və rabitə sahəsi üzrə ƏDV daxilolmaları 2022-ci illə müqayisədə 20,3 milyon manat və ya 17% artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

"Eyni zamanda ƏDV üzrə daxilolmalar illik müqayisədə sənaye sektoru üzrə 45,8 milyon manat və ya 12,1%, topdansatış ticarət üzrə 527,9 milyon manat və ya 4,2%, pərakəndə ticarət üzrə 40 milyon manat və ya 16,8%, tikinti sektoru üzrə 91,6 milyon manat və ya 31,6%, nəqliyyat sektoru üzrə 8,8 milyon manat və ya 15,8% artıb", - deyə hesabatda bildirilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda informasiya və rabitə sahəsi üzrə ƏDV daxilolmaları 20,3 milyon manat artıb — Fins.az