Azərbaycanda dövlət qurumlarına kiberhücumlar 6% azalıb

Azərbaycanda dövlət qurumlarına kiberhücumlar 6% azalıb

DİGƏR
197

Fins.az - 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarına yönəlmiş 274 kiberhücum indikatoru (IOC) aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Məlumata görə, bu təhdidlərdən 213-ü daxili araşdırmalar zamanı müəyyən edilərək bloklanıb. Digər 64 hal isə dövlət qurumlarından daxil olan insidentlər əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilib.

Qeyd edək ki, 2025-ci ildə ümumilikdə 850 kiberhücum qeydə alınıb. Onlardan 372-si daxili araşdırmalar zamanı, 478-i isə dövlət qurumlarından daxil olan məlumatlar əsasında müəyyən edilərək qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövlət qurumlarına kiberhücumlar 6% azalıb — Fins.az — Fins.az