Azərbaycana gələn tələbələrin sayı 32% artıb

Azərbaycana gələn tələbələrin sayı 32% artıb

DİGƏR
200

Fins.az - 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda 62 əcnəbi vətəndaş təhsil almaq hüququ qazanıb.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında məlumat verilib.

Hesabata əsasən, proqram çərçivəsində təhsil hüququ qazanan tələbələrin ölkələr üzrə bölgüsü belədir:

  • 23 nəfər Çin vətəndaşı

  • 11 nəfər Qazaxıstan vətəndaşı

  • 4 nəfər Tacikistan vətəndaşı

  • 4 nəfər Qırğızıstan vətəndaşı

  • 20 nəfər Somali vətəndaşı

Qeyd olunur ki, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ötən il Azərbaycanda təhsil hüququ qazanan əcnəbi tələbələrin sayı əvvəlki illə müqayisədə 32 faiz artıb.

Eyni zamanda, 2025-ci ildə proqram çərçivəsində iki yeni ölkədən – Qırğızıstan və Somalidən tələbələrin qəbulu həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana gələn tələbələrin sayı 32% artıb — Fins.az — Fins.az