
Azərbaycan velosipedçisi Qazaxıstanda üçüncü olub
Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” yarışında uğurlu çıxış edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, 130 idmançının iştirak etdiyi yarışda təmsilçimiz 25 kilometrlik fərdi ötüşmə növündə üçüncü yeri tutaraq bürünc medal qazanıb.