Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazanıblar

Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazanıblar

DİGƏR
525

Fins.az - Azərbaycan üzgüçüləri Gürcüstanda keçirilən Kutaisi Açıq Yaz Kubokunda uğurlu çıxış edərək 47 medal qazanıblar.

Qazanılan medalların 18-i qızıl, 19-u gümüş, 10-u isə bürünc olub. Yarışda Azərbaycanı 8 idmançı təmsil edib.

Milli komandanın heyətində Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı, Süleyman İsmayılzadə, Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev yer alıblar.

Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il və daha kiçik yaş qrupu üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazanıblar — Fins.az — Fins.az