Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasında bürünc medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasında bürünc medal qazanıblar

DİGƏR
391

Fins.az - Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova və Mərziyyə Nurmətova Türkiyə Superliqasında uğurlu çıxış edərək bürünc mükafata layiq görülüblər.

Milli komandanın üzvləri “Masa Der Spor Klubu”nun heyətində çıxış edərək Ankara təmsilçisinin üçüncü yeri tutmasında mühüm rol oynayıblar. Təcrübəli idmançılar son iki turda keçirilən 9 qarşılaşmanın 7-də qələbə qazanılmasına ciddi töhfə veriblər.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı yarışda çempion adını “Çukurova Universitesi” qazanıb. İkinci yeri isə “Çorum Belediyyesi ASK” komandası tutub.

İdmançılarımızın Türkiyə Superliqasında iştirakı onların beynəlxalq təcrübəsinin artırılması və gələcək yarışlara hazırlığı baxımından əhəmiyyətli hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasında bürünc medal qazanıblar — Fins.az — Fins.az