Azərbaycan Qran-Prisi: Marşallar üçün qeydiyyat başladı

Azərbaycan Qran-Prisi: Marşallar üçün qeydiyyat başladı

DİGƏR
431

Fins.az - Azərbaycan Qran-Prisi “Formula-1” üzrə marşal proqramına qeydiyyat başlayıb.

Bakı Şəhər Halqası əməliyyat şirkətindən bildirilib ki, proqramda iştirak etmək istəyən namizədlər qeydiyyatdan keçməyə dəvət olunurlar.

İştirak üçün 21 yaşdan yuxarı olan və dünyanın hər hansı bir ölkəsində yaşayan şəxslər müraciət edə bilər.

Azərbaycan Avtomobil Federasiyası proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq rəsmi marşal lisenziyası təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 24–26 sentyabr tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Qran-Prisi: Marşallar üçün qeydiyyat başladı — Fins.az — Fins.az