
Azərbaycan millisi FIFA Series – 2026-da ilk oyununa çıxacaq
Fins.az - Azərbaycan milli futbol komandası bu gün FIFA Series – 2026 beynəlxalq turnirində ilk oyununa çıxacaq.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına şəhər stadionunda Sent-Lusiya millisi ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.
Görüşün baş hakimi gürcüstanlı referi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Sierra-Leone yığması ilə də üz-üzə gələcək.