Azərbaycan kubokunda daha üç oyun keçiriləcək

Azərbaycan kubokunda daha üç oyun keçiriləcək

DİGƏR
326

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində daha üç qarşılaşma baş tutacaq.

Finss.az xəbər verir ki, günün ilk oyununda “İmişli” öz meydanında kubokun son qalibi “Sabah”ı qəbul edəcək.

Bu cütün qalibi 1/4 finalda bu gün keçiriləcək “Karvan-Yevlax” – “Qarabağ” görüşünün qalibi ilə qarşılaşacaq.

Paralel keçiriləcək oyunda “Şamaxı” doğma arenada “Baku Sportinq”lə üz-üzə gələcək. Bu duelin qalibi növbəti mərhələdə “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları bir matçdan ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan kubokunda daha üç oyun keçiriləcək — Fins.az — Fins.az