Azərbaycan güləşçiləri “Tallin Open”də 5 medal qazandı

Azərbaycan güləşçiləri “Tallin Open”də 5 medal qazandı

DİGƏR
447

Fins.az - Estoniyada yeniyetmə güləşçilər arasında keçirilən “Tallin Open” turnirində Azərbaycan qadın güləşçiləri uğurlu çıxış edərək 5 medal qazanıblar.

U-17 milli komandasının böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında yarışa qatılan 7 idmançıdan 5-i fəxri kürsüyə yüksəlib.

Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hamısında qalib gələrək qızıl medal qazanıb. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal əldə edib.

Komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək və yığma U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan güləşçiləri “Tallin Open”də 5 medal qazandı — Fins.az — Fins.az