Azərbaycan Basketbol Liqasında XX tur start götürür

Azərbaycan Basketbol Liqasında XX tur start götürür

DİGƏR
467

Fins.az - Azərbaycan Basketbol Liqasının XX – sonuncu turu başlayır. Bu turda Qrup B-dəki komandalar qarşılaşacaq.

15:00-da “Quba” komandası Qubadakı Olimpiya Kompleksində “Naxçıvan”ı qəbul edəcək.

17:00 və 20:00-da isə “Ordu” – “Lənkəran” və “Sərhədçi” – “Sumqayıt” oyunları Bakıdakı “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qrup B-də 19 oyundan sonra “Ordu” 36 xalla liderdir. “Naxçıvan” 34 xalla ikinci, “Sərhədçi” və “Sumqayıt” hər biri 26 xalla üçüncü və dördüncü, “Quba” 26 xalla beşinci, “Lənkəran” isə 23 xalla altıncı yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Basketbol Liqasında XX tur start götürür — Fins.az — Fins.az