Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub

DİGƏR
392

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.

Finss.az xəbər verir ki, sonuncu matçda "Sumqayıt" doğma meydanda "Şəki"ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 89:66.

B qrupunda xallarının sayını 14-ə çatdıran "Şəki" lider "Gəncə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 10 xalla sonuncu-altıncı sıradadır.

Günün ilk görüşündə "Ordu" "Gəncə"ni məğlub edib - 79:77.

Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub — Fins.az