Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb

DİGƏR
250

Fins.az - Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu – 20-ci turunun oyunları keçirilib və bununla da əsas mərhələ yekunlaşıb.

“A” qrupunda “Şəki” “Gəncə”yə 73:84 hesabı ilə uduzub, “Neftçi” NTD-ni 93:83 hesabı ilə məğlub edib, “Sabah” isə “Abşeron Lions” üzərində 105:72 hesablı qələbə qazanıb.

“B” qrupunda “Quba” “Naxçıvan”a 96:103 hesabı ilə uduzub, “Sərhədçi” “Sumqayıt”ı 93:89 hesabı ilə məğlub edib, “Ordu” isə “Lənkəran”ı 107:65 hesabı ilə darmadağın edib.

Reqlamentə əsasən, “A” qrupunda ilk üç yeri tutan “Sabah”, “Abşeron Lions” və “Neftçi”, həmçinin “B” qrupunun lideri “Ordu” birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıb.

1/8 finalda isə “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki” və “Sumqayıt” – NTD qarşılaşmaları keçiriləcək. Bu mərhələdə iki qələbə qazanan komandalar növbəti raunda yüksələcək. Oyunların aprel ayında başlanacağı planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb — Fins.az — Fins.az