
Azərbaycan akrobatları Dünya Kubokunda qızıl medal qazanıblar
Fins.az - Azərbaycanın akrobatika gimnastikası üzrə qadın komandası Belçikanın Puurs şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Komanda tərkibində çıxış edən Anahita Başiri, Nəzrin Zeynıyeva və Zəhra Rəşidova 29,350 xal toplayaraq yarışın qalibi olublar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu nəticə komandanın beynəlxalq arenada uğurlu çıxışının davamı kimi qiymətləndirilir.