
Aydın Hüseyinli yüksək vəzifəyə təyin olundu
“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi baş verib.
Fins.az xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Məlumata görə, şöbə rəisi Nəriman Mantaşev vəzifəsindən azad edilib.
Digər əmrlə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsində dəyişiklik edilib. Belə ki, həmin şöbənin rəis müavini Aydın Hüseyinli şöbənin rəisi vəzifəsinə təyin olunub. / iqtisadiyyat.az