
Avropa ikincisi: Zədədən sonra ilk yarışım idi
Fins.az - Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova bildirib ki, turnir onun üçün zədədən sonra ilk yarış idi. O əlavə edib: “Dizimdən əməliyyat olunmuşdum. Zədədən sonra ilk yarışım idi. Yüngül məşqlərdən sonra turnirə qatıldım. Məqsədim fəxri kürsüdə yer almaq idi. Təəssüf ki, çempion ola bilmədim. Növbəti hədəfim Albaniyada keçiriləcək böyüklər arasında Avropa çempionatında birinci olmaqdır”.