
Antuan Qrizmann “Orlando Siti”yə transfer olunub
Fins.az - İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Antuan Qrizmann ABŞ-ın “Orlando Siti” komandasına transfer olunub.
34 yaşlı hücumçu komandaya bu yay qoşulacaq və onunla 2028-ci ilə qədər müqavilə imzalanacaq. Müqavilədə əlavə olaraq bir illik uzatma maddəsi də nəzərdə tutulub.
Fransız futbolçu karyerası ərzində İspaniyada həm “Real Sosyedad”, həm də “Barselona” klublarında çıxış edib.