65 manatdan başlayan qiymətlərlə Qarabağ turu

65 manatdan başlayan qiymətlərlə Qarabağ turu

DİGƏR
408

Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgəran şəhərlərini əhatə edən bir günlük tur təşkil olunur.

Finss.az xəbər verir ki, turun qiyməti 65-70 AZN arasında dəyişir. Qiymətə nəqliyyat xidməti, portal qeydiyyatı, ekskursiyalar və səhər yeməyi (standart paketdə) daxildir. Tur mayın 10, 11, 17, 18, 24, 25, 28 və 31-də keçiriləcək.

Tur proqramına Xankəndi şəhər gəzintisi, Xocalı Airportu, Əsgəran Qalası, Ağdam Cümə Məscidi, Yuxarı Gövhər Ağa Məscidi, M.P. Vaqifin Məqbərəsi, Şuşa Qalası, Cıdır Düzü, İsa bulağı və Güllələnmiş Büstlər daxildir. 5 yaşa qədər uşaqlar ödənişsiz iştirak edə bilər.

Turun toplanış yeri Gənclik metrosunun yaxınlığıdır. Əlavə olaraq, Lökbatan, Sahil qəsəbəsi və Kürdəmirdən də yolüstü iştirak mümkündür.

Daha ətraflı məlumat üçün (055) 957-8957 nömrəsi ilə əlaqə saxlamaq olar.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
65 manatdan başlayan qiymətlərlə Qarabağ turu — Fins.az — Fins.az