1200-ə yaxın taksi sürücüsü DİM imtahanında uğur qazanıb

1200-ə yaxın taksi sürücüsü DİM imtahanında uğur qazanıb

DİGƏR
284

Fins.az - Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Bakı və Gəncə şəhərlərində xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirib. İmtahan vermək üçün 1646 nəfər qeydiyyatdan keçib, onlardan 1540 nəfəri imtahana gəlib. Nəticələrə əsasən, 1196 nəfər uğur qazanıb.

İmtahanda sürücülərə etik davranış və sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı təqdim olunub. 10 və daha çox bal toplamış şəxslər imtahanı uğurla keçmiş sayılır və onlara 7 il müddətinə etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Apellyasiya Komissiyası martın 19-u və 31-i saat 14:00-dan 16:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1200-ə yaxın taksi sürücüsü DİM imtahanında uğur qazanıb — Fins.az — Fins.az