Zəngəzur dəhlizinə inteqrasiya: ADY 10 stansiyanı və mühəndis qurğularını yeniləyir

Zəngəzur dəhlizinə inteqrasiya: ADY 10 stansiyanı və mühəndis qurğularını yeniləyir

BİZNES
252

Azərbaycan Dəmir Yolları (ADY) Naxçıvan Muxtar Respublikasında yeni dəmir yolu xəttinin tikintisini davam etdirir.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bildirilib ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini təmin edəcək. Eyni zamanda, xətt Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı mümkün edəcək.

VİDEO: https://www.facebook.com/share/v/1CMydxXgjF/

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zəngəzur dəhlizinə inteqrasiya: ADY 10 stansiyanı və mühəndis qurğularını yeniləyir — Fins.az — Fins.az