Zakir Nuriyevin sədrliyi ilə Sahibkarlar Konfederasiyasında vergi güzəştləriylə bağlı iclas

Zakir Nuriyevin sədrliyi ilə Sahibkarlar Konfederasiyasında vergi güzəştləriylə bağlı iclas

BİZNES
890

Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə edilib

Fins.az xəbər verir ki,  müzakirələr ASK-nın vitse-prezidenti Zakir Nuriyevin sədrliyi ilə keçirib

Bildirlir ki, iclasda əsas təkliflərlə bağlı vergi üzrə mütəxəssis Zakir Kazımov çıxış edərək, sahibkarlara məlumat verib. “Vergi Məcəlləsi”ndəki bəzi anlayışların dəqiq verilməsi, ƏDV, mənfəət vergisi ilə bağlı təklif edilən dəyişikliklərin izahı verilib.

Həmçinin qeyd edilir ki, müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergi ödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilib.

Müzakirələrin sonunda həmin təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndırilməsi qərara alınıb.

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zakir Nuriyevin sədrliyi ilə Sahibkarlar Konfederasiyasında vergi güzəştləriylə bağlı iclas — Fins.az — Fins.az