YT Park bu seçim müsabiqəsində qalib layihələrin bütün xərclərini qarşılayacaq

YT Park bu seçim müsabiqəsində qalib layihələrin bütün xərclərini qarşılayacaq

BİZNES
423

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Parkda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən, innovativ ideyası olan gənclərə dəstək məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi elan olunur:

·  Biznes inkubator rezidentliyinə qəbul üçün startap və yeni texnologiyalara əsaslanan bütün layihələr üzrə müraciət edilə bilər.

·  Texnoparklarda rezidentlik əldə edən layihələr YT Parkın biznes inkubasiya dəstəyindən yararlana biləcəklər.

·  İddiaçılar öz layihələrini təqdimat (prezentasiya) formasında təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqədə qalib olmuş layihənin bütün xərcləri ayrılmış büdcə çərçivəsində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin daxili imkanları hesabına qarşılanacaq.

Layihənin təqdimatı aşağıdakı bölmələrdən ibarət olmalıdır:

-         Titul vərəqi;

-         İnvestisiya layihəsinin xülasəsi;

-         Komanda haqqında məlumat;

-         İnvestisiya layihəsinin məqsədi;

-         Təşkilati plan;

-         İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası;

-         Satış bazarının xarakteristikası;

-         İstehsal planı;

-         Maliyyə planı;

-         Digər məlumatlar.

Rezidentliyə namizədlərdən təqdimatlarını 14 iyun 2021-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
YT Park bu seçim müsabiqəsində qalib layihələrin bütün xərclərini qarşılayacaq — Fins.az — Fins.az