
Yevlax Pilot Aqropark ilk dəfə məhsul ixrac edəcək
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək.
"Fins.az" xəbər verir ki, belə ki, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.