
Yanvar-fevralda dəniz nəqliyyatında daşınan yüklərin 50,6%-i neft olub
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan dəniz nəqliyyatında daşınmış yüklərin 50,6 faizi neft məhsulları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.
Hesabata əsasən, dəniz limanlarında ümumilikdə 1 777,0 min ton yükləmə-boşaltma işləri həyata keçirilib. Bu yüklərin 1 457,7 min tonu, yəni 82,0 faizi tranzit yüklərdən ibarət olub.
Bildirilib ki, 2026-cı il martın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 20,6 min ton təşkil edib.
Qeyd olunub ki, dəniz nəqliyyatında daşınan yüklərin böyük hissəsini neft məhsullarının təşkil etməsi, tranzit yüklərin yüksək payı və limanlarda qalan yük həcmi ölkənin ticarət və nəqliyyat potensialının əsas göstəricilərindən biridir.