
“Xoldinq Akva” “Yessentuki” mineral suyunun Çinə ixracını bərpa edəcək
Fins.az - Rusiyanın “Xoldinq Akva” şirkəti bu il bir neçə illik fasilədən sonra “Yessentuki” mineral suyunun Çinə tədarükünü bərpa etməyi planlaşdırır.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, “Yessentuki” brendi altında istehsal olunan məhsulların ilk partiyalarının cari mövsümdə Çin bazarına göndərilməsi nəzərdə tutulur.
Bildirilib ki, şirkət Çin bazarını ixrac fəaliyyətinin inkişafı baxımından əsas istiqamətlərdən biri hesab edir.
“Xoldinq Akva” “Yessentuki №4”, “Yessentuki №17” və “Narzan” mineral sularının istehsalçısıdır və beynəlxalq bazarlarda mövqeyini genişləndirməyi hədəfləyir.