Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsi 90 % tamamlanıb

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsi 90 % tamamlanıb

BİZNES
145

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə məlumat verib.

Elçin Yusubovun sözlərinə görə, layihə üzrə işlər artıq yüksək icra mərhələsinə çatıb. Onun bildirdiyinə əsasən, dəmir yolunun layihələndirmə işlərinin 90 faizi tamamlanıb, tikinti işlərinin isə 50 faizi icra olunub.

Xüsusi nümayəndə qeyd edib ki, qarşıya qoyulan planlara əsasən, tikinti işlərinin gələn il yekunlaşdırılması və kompleksin istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf mövzularında qlobal dialoq platforması kimi çıxış edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...