Vüsal Qasımlı: "Hökumət bu tempin saxlanılmasına çalışacaq"

Vüsal Qasımlı: "Hökumət bu tempin saxlanılmasına çalışacaq"

BİZNES
977

Hökumət bu tempin saxlanılmasına çalışacaq

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin bu məsələ ilə bağlı tədbirlər planı barədə şərh verərkən deyib.

O bildirib ki, sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcəkdir. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Cənab Prezidentin tövsiyəsinə uyğun olaraq özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır.

Vüsal Qasımlı həmçinin qeyd edib ki, Cənab Prezidentin tapşırığına uyğun olaraq kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb.

Mərkəzin icraçı direktorui "Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir"- deyə qeyd edib.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüsal Qasımlı: "Hökumət bu tempin saxlanılmasına çalışacaq" — Fins.az — Fins.az