
Unilever qida biznesini ABŞ-ın McCormick şirkəti ilə birləşdirir
Fins.az - Dünya istehlak malları sahəsinin aparıcı şirkətlərindən biri olan Unilever öz qida biznesini (Hindistan və bəzi digər aktivlər istisna olmaqla) ABŞ-ın ədviyyat və sous istehsalçısı McCormick & Co ilə birləşdirəcək.
Yeni şirkətdə Unilever 9,9% pay sahibi olacaq, Unilever səhmdarları 55,1%, McCormick səhmdarları isə 35% iştirak edəcək. Birləşmənin dəyərləndirilməsi zamanı Unilever və McCormick səhmlərinin orta qiymətinə görə bu payların ümumi dəyəri 29,1 milyard ABŞ dolları təşkil edir.
Həmçinin, Unileverə 15,7 milyard ABŞ dolları nağd ödəniş şəklində veriləcək. Birləşmənin tamamlanması 2027-ci ilin ortalarına planlaşdırılır. McCormick şirkətinin bu birləşmədə dəyəri təxminən 21 milyard, Unileverin birləşdirilən qida biznesinin dəyəri isə 44,8 milyard ABŞ dolları qiymətləndirilir (hər iki halda borclar daxil olmaqla).