UBS, Credit Suisse biznesinin inteqrasiyası çərçivəsində İtaliyada iş yerlərini ixtisar edir

UBS, Credit Suisse biznesinin inteqrasiyası çərçivəsində İtaliyada iş yerlərini ixtisar edir

BİZNES
568

İsveçrənin UBS Group AG şirkəti əvvəllər aldığı rəqib Credit Suisse-in biznesinin inteqrasiyası çərçivəsində İtaliyada 180 işçini ixtisar etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, maliyyə şirkəti İtaliya həmkarlar ittifaqlarının nümayəndələrinə UBS Europe SE-nin aktivlərin idarə edilməsi bölməsində 162 işçini ixtisar etmək niyyəti barədə məlumat verib. Qalan ixtisarlar sərvətlərin idarə edilməsi sahəsində İtaliya biznesindən - UBS Fiduciaria SpA-dan gələcək.

UBS-in açıqlamasında bildirilir ki, maliyyə şirkəti İtaliyadakı əməliyyatlarının strukturunu optimallaşdırmağı planlaşdırır.

"İtaliya UBS qrupunun gələcək inkişafı üçün strateji əhəmiyyətli region olaraq qalır", - bəyanatda deyilir.

Həmkarlar ittifaqları, xüsusən də maliyyə qurumunun İtaliyada gələcək strategiyasını aydınlaşdırmaq üçün UBS-dən görüş istəyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
UBS, Credit Suisse biznesinin inteqrasiyası çərçivəsində İtaliyada iş yerlərini ixtisar edir — Fins.az — Fins.az