Türkiyə iqtisadiyyatı üçüncü rübdə 5,9% böyüyüb

Türkiyə iqtisadiyyatı üçüncü rübdə 5,9% böyüyüb

BİZNES
301

Türkiyə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9% ilə gözləntilərin üstündə böyüyərkən, rüblük artım 0,3% ilə gözləntilərin xeyli altında qaldı. İlin üçüncü rübündə artımda yavaşlama müşahidə edilsə də, daxili tələbin töhfəsi ön plana çıxdı. Üçüncü rübdə investisiyaların dəstəklənməsi də diqqət çəkib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə iqtisadiyyatı ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 5,9% artıb.

TÜİK məlumatlarına görə, rüblük artım 0,3% olaraq açıqlandı.

Ev təsərrüfatlarının son istehlak xərcləri 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 11,2 faiz artıb. Dövlət son istehlak xərcləri 5,3 faiz; investisiyalar 14,7 faiz artıb.

2023-cü ilin üçüncü rübündə mal və xidmətlərin idxalı 14,5 faiz artsa da, ixracın artımı 1,1 faiz səviyyəsində qalıb.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə iqtisadiyyatı üçüncü rübdə 5,9% böyüyüb — Fins.az — Fins.az