Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətləri arasında investisiya fondu yaradılacaq

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətləri arasında investisiya fondu yaradılacaq

BİZNES
464

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətləri arasında investisiya fondunun yaradılmasına dair razılıq əldə olunub.

Fins.az-;n məlumatına görə bunu, “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasının nəticələrinə həsr olunan brifinqdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O qeyd edib ki, burda əsas məqsəd ölkələrdə sahibkarlıqla məşğul olan insanlara dəstək verməkdir.

"Xüsusi vurğulamaq istəyirəm ki, Türkiyədən sonra, Özbəkistanla da son iki ildə ticarət dövriyyəsində artım qeydə alınıb. Pandəmiyaya baxmayaraqi 2020-ci ilin doqquz ayında bu ölkə ilə ticarət dövriyyəsi 38% artıb",- deyə M. Musayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətləri arasında investisiya fondu yaradılacaq — Fins.az — Fins.az