TRIPP layihəsi yaşıl və aşağı karbonlu enerji inteqrasiyasını dəstəkləyir - SOCAR rəsmisi

TRIPP layihəsi yaşıl və aşağı karbonlu enerji inteqrasiyasını dəstəkləyir - SOCAR rəsmisi

BİZNES
580

Fins.az - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi) regionumuzda şərq-qərb enerji bağlantısının struktur davamlılığını möhkəmləndirən mühüm addım hesab olunur.

Bu barədə SOCAR-ın vitse-prezidenti Vitaliy Bəylərbəyov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət ŞurasıYaşıl Enerji Məşvərət Şurası iclaslarında çıxışı zamanı bildirib.

Bəylərbəyov qeyd edib ki, inteqrə olunmuş enerji dəhlizi kimi nəzərdə tutulan TRIPP marşrutu Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında neft, təbii qaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq:

"Mövcud enerji əlaqələrini gücləndirməklə yanaşı, bu təşəbbüs yaşıl enerjinin ötürülməsi və aşağı karbonlu enerji sistemlərinin inteqrasiyası üçün yeni perspektivlər açır. Marşrutların şaxələndirilməsi, sistem dayanıqlığının və regional qarşılıqlı asılılığın artırılması vasitəsilə bu layihə Orta Dəhlizin strateji platforma kimi rolunu daha da möhkəmləndirəcək, regionun enerji mərkəzi kimi mövqeyini gücləndirərək uzunmüddətli enerji təhlükəsizliyi və dayanıqlı iqtisadi inkişafa töhfə verəcək."

Layihə həmçinin regional enerji əməkdaşlığını gücləndirir, Avropa və Asiya arasında enerji resurslarının daha təhlükəsiz və səmərəli şəkildə paylanmasına şərait yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TRIPP layihəsi yaşıl və aşağı karbonlu enerji inteqrasiyasını dəstəkləyir - SOCAR rəsmisi — Fins.az — Fins.az