
Trampın bəyanatı neftin qiymətini artırıb
Fins.az - ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazını açmağa çağırıb və aprelin 6-na kimi vaxt verdiyini bildirib. Tramp qeyd edib ki, İran boğazı açmasa, ağır zərbələrə məruz qalacaq.
Onun bu bəyanatından sonra neft bazarlarında qiymətlər artmağa başlayıb. Londonun ICE birjasında “Brent” markalı fyuçer neftinin bir barelinin qiyməti 2,43% artaraq 111,89 dolları keçib.
Eyni zamanda, İran ABŞ-ın bütün təkliflərini rədd edərək Hörmüz boğazını açmayacağını bəyan edib və “Yaxın Şərqi cəhənnəmə çevirəcəyik” açıqlamasını səsləndirib.