
Tramp Intel və Apple arasında ABŞ-də çip istehsalı üzrə əməkdaşlıq elan edib
Fins.az - Donald Tramp ABŞ-də çiplərin hazırlanması və istehsalı sahəsində Intel ilə Apple arasında əməkdaşlıq qurulacağını açıqlayıb.
Onun sözlərinə görə, məqsəd yarımkeçirici çiplərin layihələndirilməsi və istehsalının ölkə daxilində həyata keçirilməsini gücləndirməkdir.
Tramp bildirib ki, bu səbəbdən Intel şirkətinə dəstək vermək qərarı qəbul edilib.
Məlumata görə, ABŞ hökuməti 2025-ci ildə Intel şirkətinin səhmlərinin 10 faizini əldə edib.