TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 19% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 19% artıb

BİZNES
747

2022-ci ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 milyon 253,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur.

Bu barədə “Fins.az" -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə yüklərin 7 milyon 914,2 min tonu və ya 32,6%-i dəmir yolu nəqliyyatı (artım 19,9%), 13 milyon 79,6 min tonu və ya 53,9%-i avtomobil nəqliyyatı (artım 14,7%), 3 milyon 259,7 min tonu və ya 13,5%-i dəniz nəqliyyatı (artım 40,5%) ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3%-ni və ya 6 milyon 621,5 min tonunu tranzit yüklər (artım 42,3%) təşkil edib.

Xəbər verildiyi kimi, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton (artım 3%) olub.

Bu dövrdə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3%) tranzit yüklər təşkil edib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 19% artıb — Fins.az — Fins.az