Toyota 2026-cı ilin martına qədər avtomobillər üçün öz əməliyyat sistemini buraxacaq

Toyota 2026-cı ilin martına qədər avtomobillər üçün öz əməliyyat sistemini buraxacaq

BİZNES
542

Finss.az xəbər verir ki, Financial Times yazır ki, Yaponiyanın Toyota şirkəti gələn ilin mart ayına qədər öz əməliyyat sistemi Arene-ni buraxacaq.

Bu sistemlə ilk təchiz olunacaq yeni nəsil RAV4 yolsuzluq avtomobilləri olacaq. Uzaqdan yeniləmələrin köməyi ilə o, sürücülərə daha asan manevr etməyə imkan verəcək, o cümlədən avtomobili park edərkən və zolaqda saxlayarkən.

Bundan əlavə, o, multimedia və əyləncə funksiyalarına malik olacaq.

Arene, proqram təminatının hazırlanmasında rəqabət qabiliyyətini artırmaq üçün yeddi il əvvəl yaradılmış “Woven by Toyota” törəmə şirkəti tərəfindən hazırlanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota 2026-cı ilin martına qədər avtomobillər üçün öz əməliyyat sistemini buraxacaq — Fins.az — Fins.az