TotalEnergies Niderlanddakı Zeeland NEZ üzərində tam nəzarəti ələ aldı

TotalEnergies Niderlanddakı Zeeland NEZ üzərində tam nəzarəti ələ aldı

BİZNES
322

Finss.az - Fransanın enerji nəhəngi TotalEnergies Niderlandın Zeeland şəhərində yerləşən və gündəlik 180 min barel gücündə olan neft emalı zavodunun 100% nəzarətini əldə edib.

Şirkət zavodun Rusiyanın “Lukoil” şirkətinə məxsus 45%-lik payını geri alıb.

Mənbələrin bildirdiyinə görə, sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Zavod formal olaraq ABŞ sanksiyalarına daxil edilməsə də, mümkün reputasiya riskləri və “Lukoil”un qlobal aktiv satışına dair xəbərlər Total-ı bu addımı atmağa vadar edib.

Şirkət yaxın günlərdə maliyyə hesabatını açıqlayacaq və Avropada emal marjasında ciddi artım gözlədiyini bəyan edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TotalEnergies Niderlanddakı Zeeland NEZ üzərində tam nəzarəti ələ aldı — Fins.az — Fins.az