TotalEnergies Misirin şelf potensialını qiymətləndirəcək

TotalEnergies Misirin şelf potensialını qiymətləndirəcək

BİZNES
519

TotalEnerrgies və Egyptian Natural Gas Holding Company (EGAS) kəşfiyyat fəaliyyəti üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Saziş Misirin şimal-qərb dəniz şelfində yerləşən geniş ərazini əhatə edir. Memorandum texniki əməkdaşlıq və ilkin qiymətləndirmə işləri üçün çərçivə şərtlərini müəyyən edir.

Tərəflər bölgənin neft-qaz potensialını araşdırmaq və gələcək enerji layihələri üçün imkanları qiymətləndirmək niyyətindədirlər.

Ekspertlər hesab edirlər ki, Aralıq dənizində yeni yataqların aşkar olunması Misirin regional enerji mərkəzi kimi rolunu daha da gücləndirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TotalEnergies Misirin şelf potensialını qiymətləndirəcək — Fins.az — Fins.az