Tikinti sənayesində innovativ sement məhsullarına maraq artır

Tikinti sənayesində innovativ sement məhsullarına maraq artır

BİZNES
121

Fins.az – Cənubi Qafqazın ən böyük sement zavodu olan Norm Sement gündəlik 6 500 ton klinker və illik 2,1 milyon ton sement istehsal gücü ilə fəaliyyətini davam etdirir.

Şirkətin məlumatına görə, NORM KLASS D CEM II/A-P 42.5R markalı sement AZS EN 197-1:2021 uyğunluq standartına cavab verir.

NORM KLASS D tunellərdə və yeraltı keçidlərdə tətbiq edilən bütün növ püskürtmə betonlar, eləcə də qabaqcadan gərginləşdirilmiş dəmir-beton konstruksiyaları, yığma dəmir-beton konstruksiyaları və məmulatları, həmçinin yüksək möhkəmlikli yığma beton məmulatlarının istehsalı üçün nəzərdə tutulmuş pussolan əsaslı Portland sementidir.

Şirkət bildirir ki, məhsul bütün növ püskürtmə beton işlərində, o cümlədən tunellərin, yeraltı keçidlərin, yolların və şosselərin kənarlarındakı yamacların, özül qazıntısı zamanı sürüşmə riski olan yan səthlərin, beton divarların, suyun qarşısını alan istinad tikililərinin inşasında, eləcə də tikililərin gücləndirilməsi, bərpası və betonların təmiri işlərində istifadə oluna bilər.

Bundan əlavə, NORM KLASS D körpü və viadukların qabaqcadan gərginləşdirilmiş dəmir-beton konstruksiyalarının, yığma dəmir-beton konstruksiyaları və məmulatlarının, yüksək möhkəmlikli yol örtük bloklarının, bordürlərin, qazon və yer daşlarının istehsalında, həmçinin torpağın möhkəmləndirilməsi işlərində tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikinti sənayesində innovativ sement məhsullarına maraq artır — Fins.az — Fins.az