Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb

Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb

BİZNES
781

“Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib.

"Fins.az" xəbər verir ki,görüşü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsi təşkil edib. 

Məlumata görə görə görüşdə ticarət şəbəkələrinin təmsilçiləri tərəfindən yerli istehsalın dəstəklənməsi üçün güzəştlər, o cümlədən diferensial ƏDV dərəcəsinin tətbiqi, yerli kənd təsərrüfatı məhsullarının alışının sənədləşdirilməsindəki çətinliklər, gəlirdən çıxılmayan xərclərin tənzimlənməsi kimi məsələlərlə bağlı təkliflər səsləndirilib, sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb — Fins.az — Fins.az