“Telegram”da mesaj yazmaq çətinləşib

“Telegram”da mesaj yazmaq çətinləşib

BİZNES
340

Dünyanın bir sıra ölkələrində "Telegram" istifadəçiləri messencerin işində nasazlığın yarandığını bildirirlər.

Fins.az xəbər verir ki, bu barədə məşhur internet resursların fəaliyyətini izləyən "Downdetector" saytı məlumat yayıb.

Portalın məlumatına görə, messencerin işində nasazlıq Bakı vaxtı ilə saat təxminən 04:00-də yaranıb. “Telegram”ın işində nasazlıqlar ən çox Rusiyada, Ukraynada, İtaliyada, Almaniyada və başqa ölkələrdə qeydə alınıb.

İstifadəçilərin şikayətləri daha çox messencerə qoşulma (83 faiz) və mesajların göndərilməsi (16 faiz) ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Telegram”da mesaj yazmaq çətinləşib — Fins.az — Fins.az