
Tata Capital Hindistanda 2025-ci ilin ən böyük IPO-su ilə 1,7 milyard dollar toplamağı planlaşdırır
Finss.az xəbər verir ki, Hindistanın aparıcı maliyyə şirkətlərindən biri olan Tata Capital Ltd., 2025-ci ilin ən böyük ilkin kütləvi təkliflərindən (IPO) birinə imza atmağa hazırlaşır.
Şirkət 155 milyard rupi (təxminən 1,7 milyard ABŞ dolları) həcmində vəsait toplamağı planlaşdırır. Bu, ilin əvvəlindən bəri Hindistan maliyyə bazarında elan olunan ən iri IPO sayılır.
Tata Capital bildirib ki, IPO çərçivəsində 4105,8 milyon səhmin hər biri 310 ilə 326 rupi arasında qiymətləndiriləcək. IPO üzrə satış 2025-ci il oktyabrın 13-də başlayacaq.