
Tarixi binanın sökülməsi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır. Əmlak kompleksinin daşınmaz əmlakı 1 ədəd 5 mərtəbəli, 4 ədəd 1 mərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.
©Report