TAP vasitəsilə Avropaya Azərbaycan qazının tədarük həcmləri açıqlanıb

TAP vasitəsilə Avropaya Azərbaycan qazının tədarük həcmləri açıqlanıb

BİZNES
284

Fins.az - Transadriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü üçün 30 mart tarixində Yunanıstanın Kipro çıxış nöqtəsindən 367 mln 848 min 997 kVt/saat həcmində sifariş daxil olub. Bu, ötən həftənin bazar ertəsi göstəricisindən 0,81% azdır.

31 mart – 5 aprel dövrü üçün Kipro çıxış nöqtəsindən günlük qaz tədarükü həcmi eyni səviyyədə – 367 mln 848 min 997 kVt/saat təşkil edir. 24, 25, 27 və 29 martla müqayisədə göstərici dəyişməyib, yalnız 26 martla müqayisədə 0,83% azalıb.

Eyni dövrdə Yunanıstanın Komotini çıxış nöqtəsindən gündəlik qaz tədarük sifarişləri 28 mln 674,418 min kVt/saat təşkil edib ki, bu da əvvəlki həftə səviyyəsi ilə uyğun gəlir, yalnız 28 mart sifarişi 4,35% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TAP vasitəsilə Avropaya Azərbaycan qazının tədarük həcmləri açıqlanıb — Fins.az — Fins.az