"Soliton" karantin günlərində də işləyir - ƏN SƏRFƏLİ KAMPANİYALAR

"Soliton" karantin günlərində də işləyir - ƏN SƏRFƏLİ KAMPANİYALAR

BİZNES
2,779

"Soliton" Mağazalar Şəbəkəsi 1992-ci ildən fəaliyyət göstərir.Fins.az -a verilən məlumata görə, ölkə üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərlərindən başqa 30 müxtəlif şəhər və rayonlarımızda 80-dən çox mağaza ilə müştərilərimizin xidmətindədir

Dünya markalarını müştəriləri üçün əlçatan edən Soliton mağazaları rəsmi distuributoru olduğu “Beko”, “Blomberg”, “Grundig” və “Riffel” mətbəx və məişət avadanlıqlarının satışını həyata keçirir.

Həmçinin alıcılar Samsung, LG, Huawei, Xiaomi, Canon, Nokia, Acer, Casper, Braun, Delonghi, Kenwood, Tefal, Philips və digər markaların məhsullarını da mağazalarımızdan əldə edə bilərlər.

Ötən  ildən etibarən şirkət  “PlayStation”ın rəsmi distributoru olmağa nail olub.

Məşhur markalarının satışı ilə birlikdə “Soliton Service” mərkəzində təmir xidməti də həyata keçirilir.

Xidmət sahəsi sadəcə texnika ilə məhdudlaşmayıb Fransa və Türkiyənin məşhur mebel markaları məhsullarının da satışı mövcuddur.

Koronovirusun ölkəyə yayılmasının ilkin mərhələsində mağazalarımızda gigiyenik qaydalara uyğun olaraq satış həyata keçirilib. İnzibati bina və mağazalarımızın girişində antiseptik məhlul təqdim edildi, dezinfeksiya işləri görülüb

 Xüsusi karantin rejimi başladığı dövrdən etibarən isə mağazalar fəaliyyətini dayandıraraq onlayn fəaliyyətə keçid edib.

Əməkdaşlar evdən işləməyə başlayıb. Ofisdə fəaliyyəti vacib olan şöbələrin əməkdaşları isə növbəli iş rejiminə keçərək sosial məsafəni qorumaq şərtilə işlərini davam etdirir.

Mövcud vəziyyəti nəzərə alaraq bütün müştərilər üçün Aprel ayının kredit ödənişləri dondurulub.

İnfeksiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin edən "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 50.000 manat ianə edilib

Onlayn satış dövründə müştərilərimizin işlərini maksimum asanlaşdırmaq üçün sifarişləri sadəcə www.soliton.az saytından deyil, Facebook, Instagram səhifələrimizdən və WhatsApp nömrəmiz vasitəsilə də qəbul etməyə başlanılıb. Müştərilər həm nağd, həm də faizsiz hissə-hissə ödənişlə məhsul əldə edə bilir. Çatdırılma zamanı qapıda nağd və ya kartla ödəniş, həmçinin sənədləşmə də edilir.

Mağazalar yerləşən  ərazilərə çatdırılma tamamilə pulsuzdur və məhsul 72 saat ərzində sifarişçiyə təhvil verilir. Çatdırılma xidmətinin  əməkdaşları xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir.

Karantin rejimində müştərilərə daha vacib olan məhsullara xüsusi endirim və faizsiz kampaniyalar başladılıb. Bu kampaniyalar sırasına:

- Mobil telefonlar nağd alışda qızıl zəmanətlə yaxud endirimlə, hissə-hissə ödənişlə ilkin ödənişsiz, 12 ayadək faizsiz;

- Samsung və Huawei smartfonu alanlara Neptun supermarketdən 300 AZN-dək alış-veriş hədiyyə kuponu;

- Televizor, soba, paltaryuyan və digər məişət əşyaları ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödənişlə və hədiyyəli;

- Notbuklar ilkin ödənişsiz, 15 ayadək hissə-hissə ödənişlə;

- Canon printer və fotoaparatlarına 30 AZN alış-veriş hədiyyə kuponu;

- Onlayn nağd alışda 2 günlük böyük endirimlər daxildir.

Kampaniyalar haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz. //www.soliton.az/pages/aksiyalar/

Qeyd edək ki, bu müddətdə MilliÖn ilə əməkdaşlığa başlayaraq aylıq ödənişlərin terminallardan ödənilməsini təmin etmişik. Yaxın günlərdə isə onlayn ödəmə də mümkün olacaq.

 Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Soliton" karantin günlərində də işləyir - ƏN SƏRFƏLİ KAMPANİYALAR — Fins.az — Fins.az