SOCAR və “Wood Mackenzie” qlobal enerji bazarlarını müzakirə edib

SOCAR və “Wood Mackenzie” qlobal enerji bazarlarını müzakirə edib

BİZNES
174

Fins.az – İyulun 22-də SOCAR ilə “Wood Mackenzie” şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

SOCAR-ın yaydığı məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanın qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi vurğulanıb.

Qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində həyata keçirilən tədbirlər, enerji sektorunun müxtəlif sahələri üzrə fəaliyyəti, eləcə də Azərbaycanda və xarici ölkələrdə icra olunan layihələr barədə ətraflı məlumat verilib.

Tərəflər SOCAR ilə “Wood Mackenzie” arasında formalaşmış əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qlobal enerji bazarlarındakı mövcud meyillər, neft və qaz emalı, bərpa olunan enerji, dekarbonizasiya, rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və “Wood Mackenzie” qlobal enerji bazarlarını müzakirə edib — Fins.az — Fins.az