
SOCAR Slovakiya ilə enerji əməkdaşlığını müzakirə edib
3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Slovakiyanın SPP şirkətinin İdarə Heyətinin sədri Yuray Ondris ilə görüşüb.
Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində strateji rolu vurğulanıb. 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanmasının əhəmiyyəti xüsusi qeyd edilib.
Görüş zamanı həmçinin SOCAR ilə SPP arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Fins.az