SOCAR Polymer-in ixrac gəlirləri 3,9% artıb

SOCAR Polymer-in ixrac gəlirləri 3,9% artıb

BİZNES
279

2026-cı ilin yanvar-may aylarında SOCAR Polymer MMC-nin ixrac gəlirləri 110,8 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyun sayında bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 3,9% artıb.

Hesabata əsasən, SOCAR Polymer qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında ilk sırada qərarlaşıb.

Reytinqdə növbəti yerləri AzerGold QSC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC, "SOCAR-CAPE" MMC və "Naxçıvan Enerji" MMC tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR Polymer-in ixrac gəlirləri 3,9% artıb — Fins.az — Fins.az